SON DƏQİQƏ
» » Küçədə fotoları yayılan 4 azyaşlı analarından alına bilər - RƏSMİ

Küçədə fotoları yayılan 4 azyaşlı analarından alına bilər - RƏSMİ

Tarix:

25-05-2021, 12:18

/ 2 731 dəfə oxundu.
Küçədə fotoları yayılan 4 azyaşlı analarından alına bilər - RƏSMİ

Baş Prokurorluq Xırdalan şəhərində 4 azyaşlı uşağın antisanitariya vəziyyətində yaşamaları barədə məlumatla bağlı açıqlama yayıb.

GünAz.az-a daxil olan məlumatda bildirilir:

 

"Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Abşeron rayonu, Xırdalan şəhərində 4 azyaşlı uşağın antisanitariya vəziyyətində yaşamaları barədə məlumatlar yayılıb. Bununla bağlı bildiririk ki, qeyd edilən məlumat əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılmaqla müəyyən edilib ki, 1986-cı il təvəllüdlü Rahilə Məmmədovanın tüfeyli həyat tərzi keçirməsi səbəbindən azyaşlı uşaqları antisanitariya şəraitində yaşayıblar.

Eyni zamanda, Rahilə Məmmədovanın qanunsuz hərəkətləri hazırda azyaşlı uşaqlarının həyatı üçün təhlükə yaratdığından Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən mülki-prosessual və ailə qanunvericiliyinin tələblərinə müvafiq olaraq onun valideynlik hüququnun məhdudlaşdırılması məqsədilə məhkəməyə müraciətin təqdim edilməsi nəzərdə tutulub. Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək”.

скачать dle 12.1

Şərhlər