SON DƏQİQƏ
» » Almaniyada yaşayan azərbaycanlılar etiraz aksiyası keçirib

Almaniyada yaşayan azərbaycanlılar etiraz aksiyası keçirib

Tarix:

18-05-2021, 15:05

/ 3 713 dəfə oxundu.
Almaniyada yaşayan azərbaycanlılar etiraz aksiyası keçirib

Almaniyanın Köln şəhərində fəaliyyət göstərən Alman-Azərbaycan Mədəniyyət Evinin təşəbbüsü ilə BMT-nin Bonn şəhərindəki qərargahı önündə Ermənistanın mina xəritələrini Azərbaycana təhvil verməməsinə etiraz əlaməti olaraq aksiya keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatına görə, Alman-Azərbaycan Mədəniyyət Evinin sədri Altay Rüstəmov bildirib ki, pandemiya məhdudiyyətlərinə uyğun şəkildə təşkil edilən aksiyada soydaşlarımızla yanaşı, Bonn Beynəlxalq Konversiya Mərkəzinin (Bonn International Center for Conversion) nümayəndələri də iştirak ediblər. Aksiya zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yerləşdirdikləri minaların təhlükə mənbəyi olduğunu əks etdirən plakatlar nümayiş etdirilib, yerli sakinlərə məlumatlandırıcı flayerlər paylanılıb.

Tədbir BMT-nin qərargahına bəyannamənin təqdim olunması ilə yekunlaşıb. Bəyannamədə mina xəritələrini Azərbaycana təhvil verməsi üçün Ermənistan hökumətinə təsir göstərilməsi tələb edilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ