SON DƏQİQƏ
» » Gürcüstan DİN-dən azərbaycanlıların döyülməsi ilə bağlı AÇIQLAMA

Gürcüstan DİN-dən azərbaycanlıların döyülməsi ilə bağlı AÇIQLAMA

Tarix:

17-05-2021, 14:42

/ 3 066 dəfə oxundu.
Gürcüstan DİN-dən azərbaycanlıların döyülməsi ilə bağlı AÇIQLAMA

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) Dmanisidə qarşı tərəfləri polisin qanuni tələblərinə əməl etməyə çağırıb.

GünAz.az xəbər verir ki, qurum bununla bağlı rəsmi açıqlama yayıb.

 

DİN tərəfləri mübahisənin süni şəkildə etniklərarası qarşıdurmaya çevrilməməsi üçün sakitliyə çağırıb.

Bildirilib ki, qarşıdurmaların təkrarlanmasının qarşısını almaq üçün polis əməkdaşları Dmanisiyə səfərbər olunub və ictimai asayiş qorunur.

"Dmanisidəki vətəndaşları qanunun tələblərinə əməl etməyə çağırırıq. Polis mandatı çərçivəsində hərəkət edəcək və istənilən qanun pozuntusuna müvafiq reaksiya verəcək” – məlumatda qeyd olunub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ