SON DƏQİQƏ
» » Əli Əsədov Rusiyanın Baş Nazirinə başsağlığı verdi

Əli Əsədov Rusiyanın Baş Nazirinə başsağlığı verdi

Tarix:

12-05-2021, 12:00

/ 3 617 dəfə oxundu.
Əli Əsədov Rusiyanın Baş Nazirinə başsağlığı verdi

Azərbaycanın Baş naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinə başsağlığı məktubu ünvanlayıb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən GünAz.az-a verilən məlumata görə, Baş nazir Kazanda baş vermiş faciə nəticəsində insan tələfatı xəbərindən kədərləndiyini vurğulayıb.

 

Məktubda Rusiya Hökumətinin sədrinə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib, yaralananlara şəfa arzulanıb.

скачать dle 12.1

Şərhlər