SON DƏQİQƏ

Daha bir hərbçimizin nəşi tapıldı - FOTO

Tarix:

6-05-2021, 22:19

/ 1 344 dəfə oxundu.
Daha bir hərbçimizin nəşi tapıldı - FOTO

Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində itkin düşmüş hərbçisinin meyiti tapılıb.

GunAz.az xəbər verir ki, 7 aylıq axtarışlardan sonra bu gün kapitan Əbülfəz Hüseynverdi oğlu Rəhmətovun nəşi tapılıb.

 

Lerik rayonunun Anbu kəndində anadan olan kapitan Əbülfəz Hüseynverdi oğlu Rəhmətov ikinci Qarabağ müharibəsi zamanı Cəbrayıl və Qubadlının azad olunması uğrunda döyüşlərdə qəhrəmanlıq nümayiş etdirib. Ötən il oktyabrın 15-dən sonra Ə.Rəhmətovla əlaqə saxlamaq mümkün olmayıb. Uzun axtarışlardan sonra bu gün onun şəhid olduğu müəyyən edilib.

Qeyd edək ki, Ə.Rəhmətov həmçinin Aprel döyüşlərində, ötən ilin Tovuz döyüşlərində bir sıra qəhrəmanlıqlar nümayiş etdirib.

Allah rəhmət eləsin.

 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ