SON DƏQİQƏ
» » Vətən müharibəsi qəhrəmanları necə dəfn olunacaq? - LAYİHƏ

Vətən müharibəsi qəhrəmanları necə dəfn olunacaq? - LAYİHƏ

Tarix:

6-05-2021, 16:20

/ 6 131 dəfə oxundu.
Vətən müharibəsi qəhrəmanları necə dəfn olunacaq? - LAYİHƏ

Azərbaycanda Vətən müharibəsi qəhrəmanlarının dəfni ilə bağlı qaydalar müəyyənləşir.

GünAz.az-ın məlumatına əsasən, bununla bağlı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri Nizamnaməsinə dəyişiklik təklif edilir.

Layihəyə əsasən, "Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş, "Zəfər” və "Qarabağ” ordeni ilə təltif edilmiş şəxslər vəfat edərkən onun tabutu dövlət bayrağı ilə örtüləcək. Bu da hərbi ehtiramın göstərilməsidir.

 

Bununla yanaşı olaraq, "Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında” qanuna da dəyişiklik də təklif olunur.

Belə ki, Vətən uğrunda döyüşlərə görə ordenlə təltif olunanların adlarının küçələrə, meydanlara, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə verilməsi təklif edilir.

Layihələr Milli Məclisin iclasında müzakirəyə çıxarılacaq.

скачать dle 12.1

Şərhlər