SON DƏQİQƏ

Bakı bulvarında yeni obyekt tikilir? - AÇIQLAMA

Tarix:

6-05-2021, 10:46

/ 3 429 dəfə oxundu.
Bakı bulvarında yeni obyekt tikilir? - AÇIQLAMA

Sosial şəbəkələrdə bulvar ərazisində qoyulan dəmir araskəslərlə bağlı bir sıra məlumatlar yayılıb. Ərazidə hər hansı tikinti işlərinə hazırlıq aparıldığına dair iddialar irəli sürülür. 

İddialarda bu ərazidə yeni iaşə obyektinin olacağı da səsləndirilir.

Mövzu ilə əlaqədar GünAz.az-a açıqlama verən Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sədrinin müşaviri Könül İmamverdiyeva iddiaların əsassız olduğunu bildirib:

 

"Sözügedən ərazidə heç bir tikinti işlərinə hazırlıq getmir və ya yeni tikintinin aparılması gözlənilmir. Bu məlumatlar tamamilə əsassızdır. Dəmir baryerlərin qoyulması ərazidə təmir-bərpa işlərinə zərurət olduğu zaman qoyulur. Dəmir baryerlərin qoyulmasına səbəb döşəmələrdəki çatlar və bir qisminin yararsız hala düşməsidir. Həmin yararsız hala düşən döşəmələr yeniləri ilə bərpa edilir. Bu da bulvar ərazisində istirahət edən insanların rahat hərəkətini təmin etmək üçün atılan addımdır”.

"Bulvar ərazisində gələcəkdə hər hansı yeni layihələrin, tikinti işlərinin aparılması nəzərdə tutularsa, bu barədə ictimaiyyətə məlumat veriləcək. Hazırda bu istiqamətdə heç bir məlumat yoxdur”, - deyə K.İmamverdiyeva qeyd edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ