SON DƏQİQƏ
» » İntensiv yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

İntensiv yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Tarix:

3-05-2021, 15:39

/ 1 901 dəfə oxundu.
İntensiv yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Mayın 5-i səhərdən 6-sı səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, 15-20 m/s, arabir 23-25 m/s, mayın 5-i gündüz yarımadanın bəzi yerlərində arabir 28-32 m/s-dək güclənəcəyi gözlənilir. Arabir yağış yağacağı ehtimalı var.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən GünAz.az-a daxil olan məlumatda bildirilir.

 

Mayın 5-dən 6-sı axşamadək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv, əsasən şimal və qərb rayonlarında güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Qərb küləyi əsəcək, arabir 15-20 m/s, mayın 5-də ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı gözlənilir. Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimalı var.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ