SON DƏQİQƏ
» » Dini qurumlarla bağlı qanuna DƏYİŞİKLİK EDİLDİ

Dini qurumlarla bağlı qanuna DƏYİŞİKLİK EDİLDİ

Tarix:

23-04-2021, 19:06

/ 3 391 dəfə oxundu.
Dini qurumlarla bağlı qanuna DƏYİŞİKLİK EDİLDİ

"Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklər edilir.

GünAz.az-ın məlumatına görə, qanuna "Dini qurumun adı və fəaliyyət ərazisi” adlı yeni 9-1-ci maddə əlavə edilir.

 

Əlavəyə görə, dini qurumun adı onun təşkilati-hüquqi formasını, fəaliyyətinin xarakterini və hansı dinə mənsub olduğunu özündə əks etdirməlidir. Dini qurumun adında Azərbaycan Respublikasının dövlət orqanlarının adlarından, habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından istifadə edilə bilməz.

Dini qurumun (dini mərkəz (idarə) istisna olmaqla) qeydiyyatdan keçdiyi hüquqi ünvandan kənarda fəaliyyət göstərməsinə yol verilmir.

Dini mərkəzin (idarənin) Azərbaycanda fəaliyyət ərazisi məhdudlaşdırılmır.

Dini qurumun hüquqi ünvanı dəyişdikdə, bu barədə 7 (yeddi) gün müddətində tabe olduğu dini mərkəzə (idarəyə) məlumat verir. Dini mərkəz (idarə) bu barədə, habelə öz hüquqi ünvanı dəyişdiyi hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 10 gün müddətində məlumat verir.

Qeyd edək ki, qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

скачать dle 12.1

Şərhlər