SON DƏQİQƏ

7 dini icmanın qeydiyyatı ləğv olundu

Tarix:

15-12-2017, 17:41

/ 889 dəfə oxundu.
7 dini icmanın qeydiyyatı ləğv olundu

Mövcud qanunvericiliyin tələblərinə cavab verməyən 7 dini icma ləğv edilib, 2 dini icma dövlət qeydiyyatına alınıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Gunaz.az-a verilən məlumata görə, bunu komitədə bu gün keçirilən müşavirədə qurumun Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov  bildirib.

Qeyd olunub ki, inzibati hüquqi müstəvidə dini qurumların fəaliyyət qaydasının pozulması, müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyat satışı ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ