SON DƏQİQƏ
» » Laboratoriya işçilərinə stabil əlavələrlə bağlı AÇIQLAMA

Laboratoriya işçilərinə stabil əlavələrlə bağlı AÇIQLAMA

Tarix:

23-04-2021, 16:25

/ 3 386 dəfə oxundu.
Laboratoriya işçilərinə stabil əlavələrlə bağlı AÇIQLAMA

Tibb müəssisələrində laboratoriya işçilərinə stabil əlavələr nəzərdə tutulub.

GünAz.az xəbər verir ki, bu sözləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İnvestisiya şöbəsinin müdiri Yadigar Mahmudzadə deyib.

 

Onun sözlərinə görə, həkim-laborantlar çalışdıqları müəssisələrin qruplaşmasından asılı olaraq əməkhaqlarından əlavə ödənişlər alırlar:

"Belə ki, birinci qrup tibb müəssisələrində çalışan həkim-laborantlar əməkhaqqından əlavə 240 manat sabit əlavə, ikinci və ya üçüncü qrup tibb müəssisəsində çalışanlar isə 340 manat stabil əlavə alırlar. Ümumilikdə, həkim-laborantlar üçün çalışdıqları müəssisədən asılı olaraq minimum 240, maksimum 340 manat stabil əlavə nəzərdə tutulub”.

Qeyd edək ki, bu qaydalar TƏBİB-in tabeliyində olan tibb müəssisələrinə şamil edilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ