SON DƏQİQƏ
» » İki Vətən Müharibəsi iştirakçısına vəzifə verildi

İki Vətən Müharibəsi iştirakçısına vəzifə verildi

Tarix:

21-04-2021, 14:53

/ 3 435 dəfə oxundu.
İki Vətən Müharibəsi iştirakçısına vəzifə verildi

Şamaxı rayonunda daha iki Vətən müharibəsi iştirakçısı dövlət orqanlarında vəzifəyə təyin olunub.

GünAz.az-a bu barədə İcra Hakimiyyətindən məlumat verilib.

 

Bildirilib ki, Şamaxı Rayon İcra Hakimiyyəti (RİH) başçısının müvafiq əmri ilə 1996-cı il təvəllüdlü, ali təhsilli əvvəllər RİH başçısının I Çaylı kənd inzibati ərazi dairəsi üzrə nüməyəndəliyində baş məsləhətçi-baş mühasib işləmiş Vətən müharibəsi iştirakçısı Rəhimov Aqil Ziyəddin oğlu RİHB-sı aparatında yeni yaradılmış "Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili” şöbəsinə böyük məsləhətçi təyin edilib.

Şamaxı Rayon İcra Hakimiyyəti başçısının digər əmri ilə 1994-cü il təvəllüdlü, ali təhsilli, Vətən müharibəsi iştirakçısı Rəsulov İlyas Adil oğlu isə RİHB-nın II Cabanı kənd ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsinə təyin olunub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ