SON DƏQİQƏ
» » Direktor müavinlərinin işə qəbulu ilə bağlı yeni xəbər

Direktor müavinlərinin işə qəbulu ilə bağlı yeni xəbər

Tarix:

14-04-2021, 20:17

/ 1 302 dəfə oxundu.
Direktor müavinlərinin işə qəbulu ilə bağlı yeni xəbər

Aprelin 14-də peşə təhsili müəssisələrinə direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat prosesinə start verilib. Müraciətlərin qeydiyyatı Təhsil Nazirliyinin elektron xidmətlər portalı vasitəsi ilə həyata keçirilir.

Bu barədə GünAz.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, xidmət vasitəsilə elektron müraciətlərin ünvanlanması, müraciət sənədlərinin təqdim edilməsi, müsabiqə və müsahibə mərhələlərinə dəvət və nəticələr barədə məlumatlandırma aparılması nəzərdə tutulur.

 

Xidmətin elektron formatda həyata keçirilməsində məqsəd bu sahədə aparılan işlərin çevik və keyfiyyətli təşkilinə, müraciətlərin sadə və rahat şəkildə aparılmasına şərait yaratmaqdır. Vətəndaşların müraciətin hansı mərhələdə olduğunu izləmək imkanı var ki, bu da göstərilən xidmətin açıq və şəffaf formada təşkilinə imkan verir.

Qeyd edək ki, yeni portal Təhsil Nazirliyinin təqdim etdiyi bütün elektron xidmətləri vahid məkanda birləşdirən platformadır. Vətəndaşlar bir platformada qeydiyyatdan keçməklə, öz şəxsi kabinetləri vasitəsilə müvafiq elektron xidmətlərdən faydalana biləcəklər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ