SON DƏQİQƏ
» » "Yalan deyirlər, nə mən, nə Rəmiş koronavirusa yoluxub" - Gülü Hüseynova

"Yalan deyirlər, nə mən, nə Rəmiş koronavirusa yoluxub" - Gülü Hüseynova

Tarix:

6-04-2021, 12:10

/ 3 059 dəfə oxundu.
"Yalan deyirlər, nə mən, nə Rəmiş koronavirusa yoluxub" - Gülü Hüseynova

Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Gülü Hüseynova sənətçinin ölümündən danışıb.

GünAz.az xəbər verir ki, o, musavat.com-a açıqlamasında xalq artistinin koronavirusa yoluxmadığını deyib:

 

"Rəmiş bu gün yeni mənzilinə köçür, məni aparmır, mənsiz gedir. Dünən Rəmişlə son dəfə bir evdə qalacaqdıq, amma icazə vermədilər. Bilmirəm, niyə qoymadılar… Bu gecə yatmadım. Dedim, bəlkə, insafa gəlib, evə qayıdar. Morqdan cənazəsini vermədilər. O, koronavirusa yoluxmamışdı. İmam Hüseyn haqqı xəstə deyildi. Sadəcə onu müalicə edə bilmədilər. Heç birimiz koronavirus xəstəsi deyilik”.

Xalq artistinin həyat yoldaşı xəstəxanadan qaçmadığını deyib:

"Mən xəstəxanadan qaçmamışam, oradan qaçmaq olar? Hazırda hər söz deyə bilərlər. Allah göydən baxır. Onların cavabını Allah verəcək. Xəstəxanın arxa qapısından deyil, təcili yardımın qapısından çıxmışam”.

Qeyd edək ki, Xalq artistinin nəşi hazırda 1saylı Kliniki Xəstəxanadadır. O, Qurd qapısı qəbirstanlığında dəfn ediləcək.

скачать dle 12.1

Şərhlər