SON DƏQİQƏ
» » Naxçıvan MR Televiziya və Radio Verilişləri QSC yaradılacaq

Naxçıvan MR Televiziya və Radio Verilişləri QSC yaradılacaq

Tarix:

17-03-2021, 18:58

/ 3 817 dəfə oxundu.
Naxçıvan MR Televiziya və Radio Verilişləri QSC yaradılacaq

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bu gün "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında Fərman imzalayıb.

GünAz.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin əsasında "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti yaradılacaq.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:

-"Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin nizamnaməsinin layihəsini, strukturu və işçilərinin say həddi barədə təkliflərini hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etməli;

-bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

 Bu Fərman 2021-ci il aprelin 1-dən qüvvəyə minir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ