SON DƏQİQƏ
» » Birinci sinfə şagird qəbulu ilə bağlı rəsmi açıqlama

Birinci sinfə şagird qəbulu ilə bağlı rəsmi açıqlama

Tarix:

16-03-2021, 23:47

/ 1 304 dəfə oxundu.
Birinci sinfə şagird qəbulu ilə bağlı rəsmi açıqlama

2021-2022-ci tədris ili üçün I sinfə şagird qəbuluna aprel ayının ikinci yarısından start veriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən GunAz.az-a verilən məlumata görə, ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi elektron sistem ilə bu portal vasitəsilə aparılacaq.

Qeydiyyat valideynin (qanuni nümayəndənin) özü tərəfindən onlayn formada aparılmalıdır. Vətəndaşlara texniki kömək və dəstək məqsədilə əvvəlcədən müəyyən olunmuş məktəblərdə Alternativ Qeydiyyat mərkəzləri yaradılacaq.

Qeyd edək ki, qəbul prosesinin keçiriləcəyi dəqiq tarix barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ