SON DƏQİQƏ

Özgə atına minənlər TEZ DÜŞƏR

Tarix:

11-03-2021, 14:21

/ 4 103 dəfə oxundu.
Özgə atına minənlər TEZ DÜŞƏR

İraqın gərginliyindən göbələk kimi meydana çıxan ötəri "Kürdistan" Orta Doğuda gərginlik yaradıb istədikləri qazancları əldə edənlərin verdiyi atları çatdırmaqdadır. Bir gün Amerikanın Demokrat partisinin simgəsi olan kravatlı eşşək heykəlini Ərbilin bilyurdunda (universitetində) dikdirir. Bir gün Xristian dünyası, eləcə də Xaç Yürüşlərinin bayraqçısı olan papazın paçalarının arasına sığınıb Azərbaycan və Türkiyənin tarixi torpaqlarına iddia ilə çıxış edir. Nə yazıq kürdlər də ermənilər kimi tarix boyu yaşadıqları torpaqların dövlətlərinə xəyanət edib düşmən dəyirmanına su daşıyıblar.
Papazın mətnəqədəki siyasi görüşləri və kürdlərin sırtılması neçə nöqtədən strateji anlam daşıyır:
1. Batı dünyasının İslam dünyasından - başda Türklər olmaqla - intiqam almaq əski siyasəti var gücü ilə irəli sürdürülür. Onlar müsəlmanı müsəlmana qırdırıb ilanı Seyid Əhməd əli ilə tutdurmaq istəyir.
2. Türk dünyasının ən strateji və ən güclü torpaqlarında Ermənistan göbələyi kimi Kürdistan göbələyi yaradıb Türk dünyasını daha da artıq dağıtmaq istəyirlər.
3. Məntəqədə milli hökumətlər yox, onlara Pəhləvilər, Səddamlar və Bəşşarlar kimi qulağı sırqalı qullar höküməti yaradıb məntəqəni bütün ələ almaq istəyir.
Amma bu arada ən çox uduzan Ermənilər kimi özgə atına minib çapdıran kürdlər olacaq. Ata-babalar deyib: "Özgə atına minən tez enər!"
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ