SON DƏQİQƏ
» » Oksford Azərbaycanla əməkdaşlıq etmək istəyir

Oksford Azərbaycanla əməkdaşlıq etmək istəyir

Tarix:

10-03-2021, 23:57

/ 1 302 dəfə oxundu.
Oksford Azərbaycanla əməkdaşlıq etmək istəyir

Böyük Britaniyanın Oksford Universiteti zəlzələlərin tədqiqatı sahəsində Azərbaycanla əməkdaşlıq etmək istəyir.

GunAz.az xəbər verir ki, AMEA-nın vitse-prezidenti, Yer Elmləri bölməsinin rəhbəri, akademik İbrahim Quliyev bildirib ki, AMEA ilə Oksford Universiteti arasında zəlzələlərin tədqiqatı sahəsində əməkdaşlığa dair müzakirələr pandemiya səbəbindən bir qədər gecikib. Bu baxımdan da o, keçirilən müzakirələrin tərəflər üçün vacib olduğunu qeyd edib.

İ.Quliyev zəlzələlərin öyrənilməsi sahəsində Kolumbiya, Missuri və Miçiqan Universitetləri ilə əməkdaşlıq edildiyini bildirən akademik İbrahim Quliyev Oksford Universiteti ilə də səmərəli əməkdaşlıq üçün geniş imkanların olduğunu deyb.

AMEA-nın vitse-prezidenti ötən il AMEA və Oksford Universiteti arasında Anlaşma Memorandumu imzalandığını qeyd edib.

Oksford Univestetinin professorları - Filip Enqland, Mayk Kendlli, Ceyms Cekson, Riçard Uolker və digərləri çıxış edərək zəlzələlərin tədqiqatı sahəsindəki tədqiqat metodlarından və əldə olunmuş nəticələrdən danışıblar. Bp şirkətinin nümayəndəsi Qrey Ribi isə çıxışında tərəflər arasındakı əməkdaşlığın vacibliyini vurğulayıb. Xəzər dənizi hövzəsində aparılan seysmoloji və geofiziki tədqiqatların əhəmiyyətinə toxunan BP nümayəndəsi deyib ki, bu əməkdaşlıq sayəsində Xəzər dənizində baş verən zəlzələlərin daha ətraflı öyrənilməsinə də imkan verəcək.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ