SON DƏQİQƏ
» » Prezidentimizin demokratik inkişafla bağlı müəyyənləşdirdiyi yol

Prezidentimizin demokratik inkişafla bağlı müəyyənləşdirdiyi yol

Tarix:

8-03-2021, 10:02

/ 3 836 dəfə oxundu.
Prezidentimizin demokratik inkişafla bağlı müəyyənləşdirdiyi yol

Etiraf olunmalıdır ki, Azərbaycan prezidenti İlham Əliyev dövlət quruculuğu, güclü iqtisadiyyatın yaradılması, cəmiyyətin demokratikləşdirilməsi, əhalinin rifahının yüksəldilməsinin təmin edilməsi istiqamətlərində çoxşahəli fəaliyyət həyata keçirir.

 

Ulu öndər H.Əliyevin demokratik inkişafla bağlı müəyyənləşdirdiyi yol, onun fikirləri,ideyaları dövlət başçısı cənab İ.Əliyev tərəfindən uğurla və böyük yaradıcılıqla davam etdirilir. Əgər biz möhtərəm prezidentimiz cənab İlham Əliyevin çıxışlarını nəzərdən keçirsək, onun demokratiya barəsindəki fikirlərində çox maraqlı məqamların, yeniliklərin olduğunu, demokratik proseslərə baxışının dünyanın tələblərilə tam uyğunlaşdığını görürük.

Azərbaycan Respublikası son 30 illik müstəqillik dövründə bir çox sahələrlə yanaşı, demokratik inkişafda da həm regionda, həm də ki keçmiş postsovet məkanında nümunə ola biləcək işlərə imza atmışdır.

Dövlət başçısı İlham Əliyevin gərgin əməyi,səyləri,qətiyyəti və ulu öndər Heydər Əliyevin daxili və xarici siyasətinə əsaslanması nəticəsində bugün Azərbaycanın sosial-iqtisadi inkişafı davamlı, dinamik xarakter almışdır. Bütün həyatını Azərbaycan xalqına sədaqətlə xidmətə sərf etmiş ulu öndər, xalqımızın ümumilli lideri Heydər Əliyev tərəfindən yaradılmış və möhkəmləndirilmiş Azərbaycan dövləti getdikcə qüdrətli dövlətə çevrilməkdədir. Bugün prezident İlham Əliyev Azərbaycan xalqının böyük inamına və etibarına arxalanaraq dövlətimizin möhkəmləndirilməsi və gücləndirilməsinin, xalqımızın xoşbəxt həyatının və firavanlığının keşiyində duran qüdrətli şəxsiyyətdir. Etiraf olunmalıdır ki, Azərbaycan prezidenti İlham Əliyev dövlət quruculuğu, güclü iqtisadiyyatın yaradılması, cəmiyyətin demokratikləşdirilməsi, əhalinin rifahının yüksəldilməsinin təmin edilməsi istiqamətlərində çoxşahəli fəaliyyət həyata keçirir. Görülən işlər eyni zamanda Azərbaycanın siyasi, hüquqi,iqtisadi, sosial və digər sahələrində beynəlxalq əlaqələrin genişlənməsinə,qloballaşan dünyada etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsinə xidmət edir. Bütün bunlar isə ümumilli liderimiz Heydər Əliyevin dövlətçilik işlərinə ən layiqli töhfələridir.

Cənab İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu daha ardıcıl xarakter daşımağa başlamış, ölkədə milli həmrəylik əldə olunmuşdur. Ümummilli maraqlara uyğun məsələlərlə bağlığ ölkı daxilindəki siyasi qüvvələr arasında normal dialoqun alınması, Azərbaycan siyasətində radikalizm təzahürlərinin getdikcə öz yerini liberalizmə verməsi xalqımızın son illərdə əldə etdiyi ən ciddi uğurlardan biridir. Prezident İlham Əliyev ölkədə demokratik vətəndaş cəmiyyətinin qurulması, söz azadlığının, fikir müxtəlifliyinin təmin olunması üçün öz səylərini əsirgəmir.

Siyasi münasibətlərdə dialoq mühitinin dəstəklənməsi bilavasitə demokratik ənənələrin inkişafına xidmət edən təcrübədir. Təqdirəlayiq haldır ki, Azərbaycan iqtidarı müxtəlif təşəbbüslər vasitəsilə dialoq məhfumunun aktuallığının qorunmasını təmin edir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan sistemli islahatlar siyasi münasibətlər sahəsindən də yan keçməyib. Siyasi proseslərdə iştirak edən tərəflər arasında sağlam münasibətlərin qorunması və tənzimlənməsi üçün fərqli təşəbbüslər reallaşmaqdadır.

Ölkəmizin artıq gündəlik siyasi təcrübəsinə daxil olmuş iqtidar-müxalifət dialoqu davamlı şəkildə inkişaf edir. Cəmiyyəti düşündürən məsələlərin iqtidar və müxalifət nümayəndələri arasında açıq şəkildə müzakirə olunması bilavasitə demokratiyanın təcəssümüdür.

 

 

 Lalə Qiyasova

Ramana qəsəbəsi, E. Ağayev adına 198 saylı tam orta məktəbin

tarix müəllimi 


скачать dle 12.1

Şərhlər