SON DƏQİQƏ
» » Artıq torpaqlarımız qanuni və əzəli sahiblərindədir

Artıq torpaqlarımız qanuni və əzəli sahiblərindədir

Tarix:

5-03-2021, 15:42

/ 4 103 dəfə oxundu.
Artıq torpaqlarımız qanuni və əzəli sahiblərindədir

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlayan Azərbaycan Ordusunun əks-hücum əməliyyatı, Qarabağ uğrunda döyüşlərin şiddətlənməsi tarixi torpaqlarımızın azad olunması ilə nəticələndi.

Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən noyabrın 10-da imzalanmış Bəyanat razılaşmanın müddəalarına əsasən, 2020-ci il dekabrın 1-dək Ermənistan Azərbaycanın işğal altında qalan ərazilərini, yəni Ağdam, Kəlbəcər və Laçın rayonlarını geri qaytarıb. Bununla da Azərbaycanın ərazi bütövlüyü bərpa edilib. "Dağlıq Qarabağ münaqişəsi” ifadəsinin artıq mövcud olmamasına və yalnız tarixə istinad edilərkən istifadə olunmasına baxmayaraq, bölgədə uzunmüddətli sülhün və Ermənistanla Azərbaycan arasında barışığın təmin olunması üçün hələ bir çox iş görməliyik. Əsassız ərazi iddiaları, düşmənçilik və nifrət ritorikası keçmişdə qalmalıdır

Ermənilər torpaqlarımızdan tariximizi, izlərimizi silmək üçün hər şeyi talan ediblər. Bütün tarixi abidələrimiz, muzeylər, qəbiristanlıqlar, məscidlər, tarixi əhəmiyyətli binalar, xatirə niyyətinə salınan bulaqlar xarabalıq vəziyyətinə salınmışdır.

İqtisadi cəhətdən böhran yaşayan Ermənistan Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın təbii sərvətlərini daha qəddarlıqla istismar edib,talançılıqla məşğul olmuşdur.

Qarabağ torpaqları təbii sərvətlər baxımından olduqca zəngin, münbit ərazilədir. Hələ işğal altında olarkən belə qanunsuz şəkildə bir çox xarici şirkətlər ermənilərə havadarlıq edərək təbii ehtiyatlarımızı talayırdılar.

Artıq torpaqlarımız qanuni və əzəli sahiblərindədir.

Zod yatağı,Ağduzdağ,Tutxun yataqlarında qızıl ehtiyatlarında Kanadanın "Canadian First Dynasty Mines Ltd” şirkəti maraqlıdır.

Dağlıq Qarabağda Mehmanada polimetal yataqları, Perlit,Qubadlıda əqiq qiymətli daşı, Kələbəcərdə Şorbulaq, Löh çay civə yataqları, İstisu mineral bulağı, Şuşada Turş su mineral bulağı, Laçında Minkənd mineral bulağı,Dağlıq Qarabağda Mərmər yatağı vardır. Bu da xarici şirkətlərin diqqət mərkəzindədir.

Qarabağda turzimin inkişafı, həm də bu istiqamətdə yeni marşrutların açılması, yol infrastrukturunun genişləndirilməsi deməkdir. Xudafərin körpüsü və başqa tarixi abidələrə də gələcəkdə turist marşrutu ola bilər. Mədəni-tarixi incilərimizin əksəriyyəti dağıdılsa da, onların bərpasından sonra həmin istiqamətlərə turların təşkili mümkündür. Sahə mütəxəssisləri ümid edirlər ki, qonşu İran İslam Respublikası ilə bu sahədə əməkdaşlıq olacaqdır.

Təəssüflər olsun ki, erməni vandalları torpaqlarımızın işağlı dövründə Qarabağın dağlıq hissəsində və ətraf rayonların əksər yerlərində maddi-

mədəniyyət abidələrimizi, tarixi yerlərimizi dağıdıblar, bölgənin ekosisteminə böyük ziyan vuvraraq infrastrukturu məhv ediblər. Bununla da öz yırtıcı, barbar xislətini nümayiş etdiriblər. Amma zaman öz axarındadır. Xalqımızın fitrətində olan qurub-yaratmaq eşqi yenidən bu yerlərə həyat verəcək, əzəli torpaqlarımızı dirçəldəcək. Yaxın gələcəkdə Qarabağ Azərbaycanımızın əsas turizm bölgəsinə çevriləcək. Bu da ölkəmizin istər mədəni, istərsə iqtisadi həyatında əhəmiyyətli rol oynayacaq.

Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan Respublikası ərazilərin-də ərazilər işğal olunanadək müddətdə ehtiyatları təsdiq olunmuş 163 müx-təlif növ faydalı qazıntı yatağı, o cümlədən: 5 qızıl, 7 civə, 2 mis, 1 qurğu-şun və sink, 1 daş kömür, 6 gəc, 4 vermikulit, 1 soda istehsalı üçün xammal, 12 əlvan və bəzək daşları (obsidian, mərmərləşmiş oniks, yəşəm və s.), 10 mişar daşı, 21 üzlük daşı, 9 gil, 20 sement xammalı, 8 müxtəlif növ tikinti daşları, 6 əhəng xammalı, 10 qum-çınqıl, 4 tikinti qumu, 1 perlit, 8 pemza-vulkan külü, 16 yeraltı şirin su və 11 mineral su yatağı mövcud idi.

Mənim könlüm deyir ki,

Hələ bunlar nədir ki.

Böyük günlər, şanlı günlər, şən günlər,

Yoluna düşən günlər

Hələ qarşımızdadır!

 

 İradə Zülfüqarova

Maştağa qəsəbəsi, 255 nömrəli tam orta məktəbin müəllimi



скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ