SON DƏQİQƏ

Laçında əsgərlərlə görüş keçirildi

Tarix:

19-02-2021, 19:44

/ 6 000 dəfə oxundu.
Laçında əsgərlərlə görüş keçirildi

İllik fəaliyyət planına uyğun olaraq, hərbi qulluqçuların döyüş əzminin artırılması, asudə vaxtlarının səmərəli təşkili məqsədilə Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təbliğat və təşviqat qrupu Laçın rayonunda yerləşən hərbi hissələrin şəxsi heyəti ilə tədbirlər həyata keçirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşlərdə "Əsgərə məktub” layihəsi çərçivəsində vətəndaşlar tərəfindən yazılmış məktublar hərbi qulluqçulara çatdırılıb, şəxsi heyətə hərbi-vətənpərvərlik mövzusunda filmlər nümayiş etdirilib. Eləcə də səsyayma stansiyası vasitəsilə döyüş və hərbi vətənpərvərlik mahnıları səsləndirilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ