SON DƏQİQƏ
» » Əli Əsədov Türkiyəyə gedir - Ərdoğanla görüşəcək

Əli Əsədov Türkiyəyə gedir - Ərdoğanla görüşəcək

Tarix:

17-02-2021, 14:48

/ 6 135 dəfə oxundu.
Əli Əsədov Türkiyəyə gedir - Ərdoğanla görüşəcək

Fevralın 19-da Türkiyədə Türkiyə-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının 9-cu iclası keçiriləcək.

İclasda baş nazir Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək.

Səfər çərçivəsində Ə.Əsədov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Komissiyanın iclası çərçivəsində Əli Əsədov və Türkiyənin vitse-prezidenti Fuat Oktay hər iki ölkədən 150 özəl sektor nümayəndəsinin qatılacağı Türkiyə-Azərbaycan İşgüzar Forumunun ümumi iclasında iştirak edəcəklər.

Türkiyə mətbuatının məlumatına əsasən, ölkələr arasında dövlət və özəl sektorda ümumilikdə 100 milyon dollardan çox ticarət sazişlərinin imzalanması gözlənilir.

скачать dle 12.1

Şərhlər