SON DƏQİQƏ
» » Metro fevralın 15-dən fəaliyyətə başlayır? - AÇIQLAMA

Metro fevralın 15-dən fəaliyyətə başlayır? - AÇIQLAMA

Tarix:

13-02-2021, 08:58

/ 4 417 dəfə oxundu.
Metro fevralın 15-dən fəaliyyətə başlayır? - AÇIQLAMA

Fevralın 1-dən etibarən ölkə ərazisində orta məktəblərdə ibtidai siniflər üçün tədris bərpa olunub. Fevralın 15-dən isə ali məktəblərdə praktik əyani təhsil alan tələbələrin, orta məktəblərdə isə 5-9-cu sinif şagirdlərinin tədris prosesi başlanacaq ki, bu da paytaxtda sərnişin sayını daha da artıracaq.

Bakıda hələ də metronun fəaliyyətinin bərpa edilməməsi iki gündən sonra avtobuslarda ciddi sərnişin sıxlığı ilə müşahidə edilə bilər ki, bu da yollarda və ictimia nəqliyyatda vəziyyəti xaos həddinə çatdırcaq. Problemin aradan qaldırılması üçün karantin rejiminin qaydalarına əməl etməklə metropolitenin fəaliyyətini bərpa etməsi məsələsi son günlər gündəmdən çıxmır.

Məsələ ilə bağlı Milli.Az-a açıqlama verən Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov "Metronun açılıb-açılmayacağı ilə bağlı heç nə deyə bilmərəm. Mən rəsmi qərar olarsa, onu deyəcəm. Bu barədə hələlik heç bir şey deyə bilmərəm" deyib.

 
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ