SON DƏQİQƏ
» » Cocuq Mərcanlı qayıdış rəmzimizdir - Hikmət Hacıyev

Cocuq Mərcanlı qayıdış rəmzimizdir - Hikmət Hacıyev

Tarix:

6-02-2021, 13:38

/ 5 808 dəfə oxundu.
Cocuq Mərcanlı qayıdış rəmzimizdir - Hikmət Hacıyev

Fevralın 6-sı diplomatik korpusun ölkəmizə akreditə olunmuş nümayəndələrinin və hərbi attaşelərin Cəbrayıl və Zəngilan rayonlarına səfərinin ilk dayanacağı Cocuq Mərcanlı qəsəbəsi olub.

Diplomatik nümayəndə heyətini Azərbaycan Respublikası prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qarşılayıb.

Prezidentin köməkçisi qonaqlara Çocuq Mərcanlı qəsəbəsinin Azərbaycan üçün qayıdış rəmzi oldugunu bildirib: "Çocuq Mərcanlı 2016-cı ilin Aprel döyüşləri zamanı azad edilib. Burada böyük tikinti və bərpa işləri gedir. Qəsəbəyə İkinci Qarabağ savaşı zamanı xeyli ziyan dəyib", - H.Hacıyev əlavə edib.

Hikmət Hacıyev səfərin məqsədini və gediləcək yerləri qonaqların diqqətinə çatdıraraq qeyd edib ki, Cəbrayıldakı vəziyətlə tanış olduqdan sonra Xudafərin körpüsünü ziyarət ediləcək: "Möhtərəm Prezident İlham Əliyev Araz çayı boyu sərhədlə bu ərazilərə səfər edərkən Xudafərini dostluq körpüsü adlandırdı. Bu körpü Azərbaycanla İran arasında dostluq sərhəddidir" - H.Hacıyev vurğulayıb. Sonra isə qonaqlar Cocuq Mərcanlı məscidi ilə tanış olublar.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ