SON DƏQİQƏ
» » Sərt karantin rejimi yenidən qayıda bilər? - Koronavirusun yeni növü yayılsa...

Sərt karantin rejimi yenidən qayıda bilər? - Koronavirusun yeni növü yayılsa...

Tarix:

6-02-2021, 13:19

/ 6 749 dəfə oxundu.
Sərt karantin rejimi yenidən qayıda bilər? - Koronavirusun yeni növü yayılsa...

"COVİD-19 ölkəmizə gəlib çıxıbsa, demək onun yeni ştammının da (Britaniya növü) gəlmək ehtimalı var".

Bunu milli.Az-a açıqlamasında həkim-pulmonoloq Günay Əliyeva deyib.

Pulmonoloq bildirib ki, yumşalmaya getmək yoluxma riskini artırmır:

"Lakin hələ COVİD-in yeni ştammının yayıldığı barədə məlumat çox ölkələrdə təsdiqlənməyib. Məsələn, mən Almaniyadakı bir sıra həkimlə əlaqə saxlayıram. Düşünsək ki, Almaniya Britaniyaya daha yaxındır, amma hələ o ştammın orada yayılmağı təsdiqlənməyib. Ancaq yayılma ehtimalı böyükdür. Ona görə, mütləq qorunmağı unutmamalıyıq.

Biz azı 1 ildir COVİD-lə mübarizə aparırıq, yumşalmalara getsək belə insanlarımız artıq nə etməli olduqlarını bilirlər, maska taxmaq qüvvədədir. Yumşalmaya getmək yoluxma riskini artırır deməzdim. Yumşalmalardan 2-3 həftə sonra dinamikanı izləyib biləcəyik ki, artım gedir, getmir.

Düzdür, yeni ştammın yoluxduruculuq qüvvəsi daha yuxarıdır. Amma COVİD-19-a uşaqlar da yoluxurdu, sadəcə ağırlaşmalar qeydə alınmırdı. Gənc orqanizm olduğu üçün, maddələr mübadiləsi və dinamika yuxarı getdiyi üçün onlarda yaşlılarda gördüyümüz fəsadları görmürdük. Məlumatlara görə, COVİD-in bu yeni ştammının uşaqlar üçün deyildiyi kimi həyati təhlükəsi olan qabarıq bir nəticələri yoxdur. Lakin uşaqlar arasında da yoluxmanın qeydə alınması mümkündür".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ