SON DƏQİQƏ
» » Hulusi Akar Zakir Həsənovla danışdı: Ortaq Mərkəz...

Hulusi Akar Zakir Həsənovla danışdı: Ortaq Mərkəz...

Tarix:

29-01-2021, 19:40

/ 5 806 dəfə oxundu.
Hulusi Akar Zakir Həsənovla danışdı: Ortaq Mərkəz...

Türkiyə milli müdafiə naziri Hulusi Akarla Azərbaycan müdafiə naziri Zakir Həsənov arasında telefon danışığı baş tutub.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Telefon danışığı barədə məlumat verən H.Akar azərbaycanlı həmkarı ilə müdafiə və təhlükəsizlik məsələləri barədə görüləcək işlər barədə fikir mübadiləsi apardıqlarını söyləyib.

Akar Azərbaycanda Türkiyə-Rusiya hərbçilərindən ibarət ortaq mərkəz barədə sualı cavablandırarkən qeyd edib ki, məsələ ilə bağlı ötən ilin 11 noyabrında rusiyalı həmkarı Sergey Şoyqu ilə memorandum imzalayıb:

"Ortaq Mərkəzin yaradılması ilə bağlı işlər başa çatıb. Türkiyə və Rusiya əsgərlərinin xidmət göstərəcəyi Birgə Mərkəz sabahdan etibarən fəaliyyətə başlayacaq.

Son vəziyyəti Zakir Həsənovla dəyərləndirdik və qarşılıqlı olaraq xoş arzularımızı bildirdik. Bir generalın və 38 heyətin çalışacağı Ortaq Mərkəzin bölgədə sülh və sabitliyin bərqərar olmasına böyük töhfələr verəcəyinə inanırıq.

Türk və rus əsgərlərinin yerləşəcəyi bu Birgə Mərkəzin fəaliyyəti ilə əməkdaşlığımız daha da güclənəcək və azərbaycanlı qardaşlarımızın hüquqlarını və qanunlarını qorumaq vəzifəmizi tam yerinə yetirəcəyik.

Bir millət və iki dövlət anlayışı ilə azərbaycanlı qardaşlarımızla bir yerdə olmuşuq və bundan sonra da bir yerdə olacağıq".


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ