SON DƏQİQƏ
» » Şəhid analarına “QƏHRƏMAN QADIN” ordeni verilsin-TƏKLİF

Şəhid analarına “QƏHRƏMAN QADIN” ordeni verilsin-TƏKLİF

Tarix:

28-01-2021, 09:28

/ 4 471 dəfə oxundu.
Şəhid analarına “QƏHRƏMAN QADIN” ordeni verilsin-TƏKLİF

«Qarabağ zəfərini bizə yaşadan şəhidlərimizdən biri İmişli rayon Şahverdili kəndi sakini Bayramov Elnur Şəmsi oğlu həmin döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhid anası bu gün xalqına zəfər bəxş etmək üçün canından keçən oğlunun doğum gününü, onun məzarı başında keçirdi. Ürək dağlayan bir həyat hekayəsidir. Bu itkini ən çox qəlbi ilə hiss edən şəhid anası da, ürəyi parçalansa belə, "Vətən sağ olsun!” deyirsə, hesab edirəm, şəhid anaları ən azından "Qəhrəman qadın” ordeni ilə təltif edilməlidir». Bu sözləri şəhid Bayramov Elnurun doğum günündə şəhid anasını yalnız qoymayan Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova qürur duyulacaq bir Azərbaycan əsgərinin xatirəsini yad edərkən deyib.

Göz yaşları ilə oğlunun şad gününü arzu edən bir şəhid anasının ürəyindəki ağrıya təsəlli olmağa çalışan ASRP sədri, Əsli Kazımova bu görüşdən çox təsirləndiyini vurğuladı: "Mən bütün şəhidlərimizin valideynləri qarşısında baş əyirəm. Şəhid analarının əllərindən öpürəm. Hər birinizin ağrısını inanın ki, dərindən hiss edirəm. Siz yalnız deyilsiniz. Şəhidlərimiz inanın ki, bizim də oğullarımız, qardaşlarımızdır. Ən az sizin qədər biz də, kövrəlir, üzülür və eyni zamanda canı, qanı bahasına torpağını işğaldan qurtaran şəhid Elnur kimi övladlarımızın olmasından dolayı qürur hissi duyuruq. Hesab edirəm ki, gənc övladını torpağa tapşıran, heç bir təsəlli ilə ovunmayan ana da "Vətən sağ olsun”, – deyə bilirsə, bu Vətəni uğrunda canından keçməsi gərəkdiyini ona öyrədən qəhrəman ananın var olmasından irəli gəldiyini göstərir".

Partiya sədri qeyd edib ki, hər bir şəhid anası, topaqlarımız uğrunda canından keçən əsgərlərimizin bizə əmanətidir: «Hər bir əsgər qazandığı müvəffəqiyyətlə ilk anasını sevindirmək istər. Bu nöqteyi nəzərdən, hesab edirəm ki, şəhidimiz Elnur Bayramov və digər şəhid övladlarımızın da anasını bizlər sevindirməliyik! Bu bizim borcumuzdur. Bu təşəbbüsün digər partiyalar tərəfindən də, dəstəklənəcəyinə ümid edirəm. Qarabağ döyüşləri bizə həmrəyliyi, şəhidlərimizə gərəkli qiyməti verməyi, onların bizim üçün nə qədər qiymətli olduğunu öyrətdi. Bu gün Elnurun xatirəsinə İmişlidə Bulağın açılışı oldu. Təəssüf ki, su qədər ömrün olmadı Elnur. Amma bizə zəfəri yaşadıb su qədər ömürlər bəxş etməyə müvəffəq oldun».

 

Bilman İSAQ

 

Şəhid analarına “QƏHRƏMAN QADIN” ordeni verilsin-TƏKLİF

 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ