SON DƏQİQƏ
» » Tanınmış kitara ifaçısı Rəmiş VƏFAT ETDİ-VİDEO

Tanınmış kitara ifaçısı Rəmiş VƏFAT ETDİ-VİDEO

Tarix:

28-01-2021, 08:00

/ 6 725 dəfə oxundu.
Tanınmış kitara ifaçısı Rəmiş VƏFAT ETDİ-VİDEO

Rəmiş kimi tanınan xalq artisti, məşhur gitara ifaçısı, Rafiq Hüseynov dünyasını dəyişdi.

GunAz.az bildirir ki, o, hepatit C mənşəli xroniki qaraciyər xəstəliyindən əziyyət çəkirdi. 

Rəmiş ilk musiqi təhsilini Üzeyir Hacıbəyov adına orta ixtisas musiqi məktəbində tar sinifində almışdır. Onun böyük istedadı qısa bir vaxta onu böyük sənətkara çevirdi. Əsasən Ağdamda toyları Rəmişsiz təsəvvür etmək olmazdı. Rəmiş böyük sənətkarlarla qastrol səfərlərində, konsertlərdə olmuş və onları müşayət etmişdir. Rəmiş həm də tar, piano, qarmon, zərb, ud və s. azərbaycan xalq çalğı alətlərlərində peşəkar şəkildə ifa edə bilirdi.

O, 18 dekabr 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla "Xalq artisti" fəxri adına layiq görülmüşdür.

Allah rəhmət eləsin!


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ