SON DƏQİQƏ

Bakıda bu yol qismən bağlanacaq

Tarix:

22-01-2021, 15:16

/ 6 996 dəfə oxundu.
Bakıda bu yol qismən bağlanacaq

Bu gecədən Zığ-Hava Limanı avtomobil yolundan Dədə Qorqud yaşayış massivinə doğru gedən yolda aparılacaq təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

"Məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq. Alternativ olaraq sürücülər Zığ-Suraxanı yolundan istifadə edə bilərlər. Yarana biləcək müvəqqəti narahatlığa görə AAYDA vətəndaşlardan üzr istəyir", - məlumatda qeyd olunub.

скачать dle 12.1

Şərhlər