SON DƏQİQƏ

Ayaq basdığın yer ona borcludur

Tarix:

11-01-2021, 14:09

/ 4 737 dəfə oxundu.
Ayaq  basdığın yer ona borcludur

Hələ orta məktəbdə oxuyarkən ustad sənətkarımız , görkəmli  şairimiz Bəxtiyar Vahabzadənin şeirlərini  sevə - sevə oxuyardım. 
Ustad sənətkarımızın o dövrdə yazdığı
" Gülüstan " poemasını  biz dönə - dönə oxuyub əzbərləyərdik.
Böyük şairin Şamaxı rayonunda naməlum əsgərin xatirəsinə  yazdığı şeir bu gün də  olduqca təsirli və oxunaqlıdır.
Sevimli xalq şairimiz  Bəxtiyar Vahabzadənin
" Naməlum əsgər " şeirini dinləyərkən xəyal aləminə qərq olur və  vətən uğrunda canını fəda etmiş şəhidlərimizlə fəxarət hissi keçirirəm .
Biz hər birimiz şəhidlərimizə , qazilərimizə borcluyuq.
Bəzən sosial şəbəkələrdə az da olsa  şəhid ailəsiniə hörmətsizlik edən  nadanlara  üzümü tutaraq deyirəm :  Taptadığın torpaq üçün şəhidlərə borclusan. .
Şəhidlər Xiyabanında uyuyan  hər bir şəhidimizin,  naməlum əsgər və zabitlərimizin   məzarı  qarşısında  ayaq saxlayıb ehtiramla təzim etmək bizim insanlıq borcumuzdur.
Söz xiridarı  Bəxtiyar Vahabzadənin
" Naməlum əsgər " seiri indiki və gələcək  dövrlər üçün necə də möhtəşəm səslənir :
" Yolcu , dayan burda , düşün bu yerdə ,
Soruş kimdir yatan, bu tək qəbirdə?
O, bir Türk zabiti , doğuldu haqdan,
Sənin yardımına gəldi uzaqdan .

O sənin arxanda bir dağa döndü,
Bu torpaq yolunda torpağa döndü.
Yolcu, bir anlığa burda dayan bir!
Ayaq  basdığın yer ona borcludur .

Şəhidlər bizim qururumuz, and yerimizdir.

Əntiqə Əsgərova

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ