SON DƏQİQƏ

Səsli-sədalı "SƏS"

Tarix:

11-01-2021, 13:08

/ 2 683 dəfə oxundu.
Səsli-sədalı "SƏS"

Müasir Azərbaycanın mətbuat tarixində silinməz izlər qoyan, dövlətimizin və cəmiyyətimizin inkişafnda əvəzsiz xidmətlər göstərən, səmimilik və obyektivlik nümunəsi olan "Səs" qəzetinin 30 yaşı tamam olur.
Qəzetin ilkin dövrlərdəki mubariz fəaliyyətinin canlı şahidi kimi, onun kecdiyi cətin və şərəfli yolda çoxlarına əsil nümunə ola biləcək bir media qurumu olduğunu söyləməkdən məmnun oluram. "Səs" və səsçilər hər zaman Ulu Öndər Heydər Əliyevin alternativsiz siyasi kursuna sadiq qalmiş və bu yola kölgə salmaga can atan hər kəsə qarşı barışmazlıq nümunəsi göstərmişdir.Bu gün Azərbaycan dövlətinin tarixdə sürətlə inkişafında, böyük qələbələrə nail olmasında "Səs" qəzetinin də böyük xidmətləri olduğu danılmazdır. Gənclik yaşının başa catması, müdriklik yaşına qədəm qoyması münasibətilə, başda qəzetin gerçək ziyalısı Baş redaktoru Bəhruz Quliyev olmaqla, bütün səsçiləri ürəkdən təbrik edir, Azərbaycan naminə yorulmaz fəaliyyətlərində onlara uğurlar diləyirəm. Ulu Öndərin sevimli qəzetinə hər zaman ədalətin zəfər çalması uğrunda müqəddəs mubarizəsində daha boyük qələbələrə şahidlik diləyirəm.
YUBİLEYİNİZ. MÜBARƏK,əziz dostlar. Qoy "Səs" həmişə SƏSLİ-SƏDALI OLSUN!

 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ