SON DƏQİQƏ
» » Ruslar erməniləri Qarabağa gətirməyə davam edir

Ruslar erməniləri Qarabağa gətirməyə davam edir

Tarix:

9-01-2021, 12:20

/ 5 837 dəfə oxundu.
Ruslar erməniləri Qarabağa gətirməyə davam edir

Son sutkada İrəvandan Qarabağa daha 225 erməni gətirilib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.

Bununla da Qarabağa qaytarılan ermənilərin sayı 48.059 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya sülhməramlıları ermənilərin Qarabağa gətirilməsini, yerləşməsini, evlə və kommunal xidmətlərlə, qida ilə təmin olunmasını həyata keçirir. Məktəblərin açılmasından, evlərin və infrastrukturun təmirindən tutmuş tibbi müayinələrinə qədər, ermənilərin Qarabağdakı bütün qayğıları Rusiya sülhməramlılarının, FHN və səhiyyə işçilərinin üzərindədir.

Rus sülhməramlıları həm də ərazilərin minalardan təmizlənməsini həyata keçirir.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ