SON DƏQİQƏ

Bu iki universitetimiz dünya reytinqində

Tarix:

2-01-2021, 21:23

/ 1 664 dəfə oxundu.
Bu iki universitetimiz dünya reytinqində

Dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan "Times Higher Education” (THE) 2020-ci il üçün BMT-nin "Dayanıqlı İnkişaf Məqsədləri”nə (SDG) əsaslanan, sosial və iqtisadi töhfələrinə görə fərqlənən ən yaxşı dünya universitetlərini müəyyən edən "THE University Impact Rankings 2020” reytinq cədvəlini açıqlayıb.

Təhsil Nazirliyindən GunAz.az-a bildirilib ki, dünya universitetlərinin fəaliyyətini Birləşmiş Millətlər Təşkilatının 17 Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə ölçən bu reytinqdə Azərbaycanın 2 ali təhsil müəssisəsi də yer alıb.

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Xəzər Universiteti 601+ aralığında qərarlaşıblar.


скачать dle 12.1

Şərhlər