Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında" sərəncam imzalayıb.
Təltif olunanlar arasında 12 general var. Onlardan bir neçəsi Vətən müharibəsində qazanılan qələbəyə görə növbəti dəfə təltif olunub.
General-leytenant İlham Mehdiyev:
İlham Mehdiyev 44 günlük Vətən müharibəsində DSX qüvvələrini idarə edib. Bundan öncə o, "Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.
General-leytenant Hikmət Mirzəyev
Təltif olunan digər generallardan biri də Xüsusi Təyinatlı Qüvvələrin komandanı Hikmət Mirzəyevdir.
O da "Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülən generallarımızdandır. XTQ komandanının Cəbrayılla yanaşı, Şuşanın işğaldan azad edilməsində xüsusi rolu olub.
General-leytenant Əfqan Nağıyev
Əfqan Nağıyev Sərhəd Qoşunları hərbi qulluqçuların komandiri kimi Füzuli və Hadrut uğrunda döyüşlərdə də iştirak edib. O, bundan öncə Vətən müharibəsində fərqləndiyinə görə "Qarabağ” ordeni ilə təltif edilib.
General-leytenant Kərim Vəliyev
"Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunan general-leytenant müdafiə nazirinin şəxsi heyət üzrə müavini-Şəxsi Heyət Baş İdarəsinin rəisidir. Kərim Vəliyev bundan öncə "Zəfər” ordeni ilə təltif olunub.