SON DƏQİQƏ
» » Bərdədə şok: Koronadan ölən qadın kişiyə “çevrildi”

Bərdədə şok: Koronadan ölən qadın kişiyə “çevrildi”

Tarix:

22-12-2020, 16:04

/ 6 276 dəfə oxundu.
Bərdədə şok: Koronadan ölən qadın kişiyə “çevrildi”

Gəncədə koronavirusdan vəfat edən 12 xəstənin meyitləri dəyişik düşüb.

Bu barədə jurnalist Həmid Həmidov qeyd edib. O bildirib ki, koronadan vəfat edənlərin yaxınları bundan meyit basdırıldıqdan sonra xəbər tutublar.

Bərdədə isə koronadan vəfat edənlərin ailəsinə qadın cəsədi əvəzinə kişi cəsədi göndərildiyini bildirən jurnalist məsələdə TƏBİB-in məsuliyyət daşıdığını qeyd edib.

Məsələ ilə bağlı TƏBİB-dən saytımıza bildirilib ki, bu prosesi icra edən qurum TƏBİB-in nəzarətində deyil:

"TƏBİB ölkə üzrə tabeliyində olan bütün xəstəxanalarda stasionar müalicəylə məşğul olur. Xəstənin xəstəxanada dünyasının dəyişməsi hallarında isə cəsəd Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilir. Sözügedən quruma TƏBİB nəzarət etmir”.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinə sorğu göndərilib.

скачать dle 12.1

Şərhlər