SON DƏQİQƏ
» » Daha 4124 nəfər koronaya yoluxdu , 38 nəfər öldü

Daha 4124 nəfər koronaya yoluxdu , 38 nəfər öldü

Tarix:

17-12-2020, 14:47

/ 5 762 dəfə oxundu.
Daha 4124 nəfər koronaya yoluxdu , 38 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasına 4 124 yeni yoluxma faktı qeydə alınıb, 4 205 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 38 nəfər "COVID-19"dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 191 460 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 127 064 nəfər müalicə olunaraq sağalıb, 2 088 nəfər vəfat edib, aktiv xəstə sayı 62 308 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 426, bu günə qədər isə ümumilikdə 2 016 003 test icra olunub.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ