SON DƏQİQƏ
» » Ömür pilləkəninin 60-cı pilləsində olan DOSTUM

Ömür pilləkəninin 60-cı pilləsində olan DOSTUM

Tarix:

17-12-2020, 08:09

/ 3 394 dəfə oxundu.
Ömür pilləkəninin 60-cı pilləsində olan DOSTUM

Bu günlərdə - dekabr ayının 15-də həyatda özümə ən yaxın və əziz bildiyim dostum Qafar Əliyevin 60 yaşı tamam oldu, yəni Qafar müəllim ömür pilləkəninin 60-cı pilləsindədir. Birinci növbədə arzu edirəm ki, o bütün pillələri inamla, sağlam canla qalxıb Tanrının qismətinə bağlı olan və bizim arzuladığmız ömrünün 100-cü pilləsinə qalxa bilsin!

Əziz Dostum, Səni 60 illik yübileyin münasibətilə ailəliklə təbrik edir və ən xoş arzularımızı bildiririk. Nə tez gəlib-keçdi bu illər! Xatırlayası və unuda bilmədiyimiz nə qədər günlərimiz olub acılı-şirinli… Mənə elə gəlir ki, eyni bir ömrü yaşamışıq. Çünki sənli günlərimi ömrümdən çıxarsam, cəmisi 14 ildən də az ömür qalar yerində…Ömür pilləkəninin 60-cı pilləsində olan DOSTUM

Yaxşı yadımdadır orta məktəb illəri, təhsil aldığımız internat məktəbinin həyət-bacası, çaqqalasını yolduğumuz ərik ağacları, məktəbin hasarları… Bəli biz o hasarlar arasında böyüdük. Bəlkə ona görə arzularımızın sərhədi yox idi?! Gecələr çarpayılarımızı birləşdirərək pıçıldaya-pıçıldaya Azərbaycanımızın gələcəyindən danışmırdıqmı?!

Bəli, əziz dost! Biz xoşbəxt insanlarıq. Axı bizim nəvələrimiz daha bəstəboy yox, hündürboy olacaqlar. Çünki başlarının üstündə düşmən qılıncları yoxdur daha. İnkişafımıza mane olan sarmaşıqları yolub atmışıq, taleyimizə boyun əymirik bənövşə kimi...

Əziz dost! Sənin xoşbəxtliyin həm də ondadır ki, dövlət quruculuğumuzda Ulu Öndərin komandasında olmusan, çalışmısan, dəfələrlə Onunla səfərlərdə olmusan, Onun haqqında kitab yazmısan, səmimi hisslərlə dolu bir kitab... Şükürlər olsun Tanrıya ki, bu gün də Prezidentimizin yanındasan, əzmlə çalışırsan.

Əziz dost! Sənin xoşbəxtliyin həm də ondadır ki, 60 illik yubileyin Zəfər günlərinə düşdü, Qalib bir ölkədə yaşamaq və işləmək nə qədər gözəldir! Qalan ömrünün də bu gözəlliklər içində keçməsini arzulayıram. Ulu Tanrı qanadlarını üstündən əksik etməsin! 

Ömür pilləkəninin 60-cı pilləsində olan DOSTUMDostun Nizami


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ