SON DƏQİQƏ

Vaksin kimə, necə vurulacaq? - Açıqlama

Tarix:

15-12-2020, 16:43

/ 5 792 dəfə oxundu.
Vaksin kimə, necə vurulacaq? - Açıqlama

Vaksinin kimə, necə vurulması vaksin istehsalçısının tövsiyələrindən asılıdır.

Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib:

"Vaksinin tərkibində allergik təsirlər ola bilər. Bu, dünyada nəzərə alınan haldır. Vaksinasiyanın təkrar aparılması gələcəkdə məlum olacaq. Əgər vaksin vurulubsa, şəxsin haraya getməsindən asılı olmayaraq, o, imunizasiya olunmuş hesab olunur".

Adil Allahverdiyev əlavə edib ki, vaksinin imunugenliyini artırmaq üçün ona müxtəlif kimyəvi maddələr əlavə edilir:

"Əgər əlavə fəsadlar baş verərsə, bu, əlavələr səbəbilə ola bilər. Vaksinə qarşı allergiya ola bilər, lakin bu, çox ciddi deyil. Çünki 3-cü fazadan sonra vaksinlər təsdiqlənir və istifadəyə verilir".


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ