SON DƏQİQƏ

Qələbə ruhlu YUBİLYAR

Tarix:

10-12-2020, 10:22

/ 4 894 dəfə oxundu.
Qələbə ruhlu YUBİLYAR

Bu gün Azərbaycan xalqının dəyərli oğlu, savadlı hüquqşünas, təcrübəli maliyyə işçisi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin baş məsləhətçi-nəzarətçi müfəttişi   Nizami Həsənqulu oğlu İbrahimli anadan olmasının 60 illiyi tamam olur.
 Hər bir insan doğulduğu elə, obaya bağlı olur. Nizami müəllim də uşaqlıq illərinin ilk dövrünü  Naxçıvan Muxtar Respublikasının Tənənəm kəndində dağlar qoynunda, yaşıllıqlar və sərin bulaqların əhatəsində  keçirib. 
Uşaqlıq illərində kənd cavanları arasında öz qabiliyyəti, mərdliyi, biliyi, tərbiyəsi, bacarığı ilə seçilib və sevilib. İbtidai siniflərdə oxuduğu kənd məktəbində dərs əlaçısı olub. Atası və qohumları bu istedadlı uşağın fitri istedadını görüb erkən yaşlarından onu həmin kənd məktəbindən çıxarıb Naxçıvan şəhərində yerləşən və o vaxtlar bütün Azərbaycanda yüksək təlim, tərbiyə və təhsil ocağı olan Əkbər Ağayev adına İnternat məktəbinə qoyublar. Bu məktəbdə şagirdlərin gələcək şəxsiyyət kimi formalaşması, dünyagörüşünün inkişafı üçün çox münbit şərait var idi. 
Oxuduğu müddətdə məktəbin müəllimlərinin və şagirdlərin dərin hörmətini qazandı, sinif nümayəndəsi kimi həmişə şagirdlərin önündə gedər, məktəbin təssübünü çəkər və  həmin vaxtlar gündəmdə olan musiqi,   idman, hərbi- vətənpərvərlik yarışlarında, fənn olimpiadalarında oxuduğu məktəbi ləyaqətlə təmsil edərdi.
 Uşaqlıqda Nizami müəllim həm də çox gözəl futbol oynayır, ara-bir mahnı da oxuyardu.  
Bəzən Naxçıvan şəhərinin başqa məktəblərində oxuyan şagirdlərlə onun oxuduğu məktəbin şagirdləri arasında dava da düşərdi. Həmişə bu davalarda o öndə gedər və oxuduğu məktəbin şagirdlərini  və şərəfini qoruyardı. Nizami İbrahimlinin Naxçıvan şəhərində   əhatə dairəsi daha da genişləndi, həmin məktəbdə özünə çoxlu dostlar qazandı, gecə-gündüz çalışaraq indiki universitetlərdən də yüksək təhsil verən həmin məktəbi  əla qiymətlərlə bitirdi.
Həmin vaxtlar Nizami İbrahimli bədii yaradıcılığa da çox həvəs göstərir, ara-bir Vətən, təbiət, sevgi və dostluq  mövzularında şer və hekayələr də yazardı. Onun yazdığı şerlər və inşalar hamının xoşuna gəlir, müəllim və şagirdlər bəzən bir-birinə nümunə kimi göstərib əzbərdən deyirdilər. Bəzi tələbələr onun yazdığı inşanı əzbərləyib hətta ali məktəbdə ədəbiyyat fənnindən qəbul imtahanında da yazıb yüksək qiymət almışdılar. Şərur rayonu və Naxçıvan şəhərinin qəzetlərində o, tez-tez dərc olunurdu. Ara-bir vaxt tapıb o vaxtlar fəaliyyət göstərən "Şairlər məclisi”ndə də iştirak edir, öz şerlərini oxuyurdu. Onun şerləri ilk qulaq asan hər kəsi yaşından, sənətindən  asılı olmadan məftun edirdi. Bu şerlər indiyə qədər onun bir çox  həmyaşıdlarının dilinin əzbərinə çevrilmişdi. Əslində çoxları Nizami İbrahimliyə şair deyirdi. Bəli, o, həqiqətən də şairtəbiətli, incəqəlbli, duyğulu və erkən yaşlarından həyatı dərk edən bir insan idi. Yaşadığı evin yaxınlığında qonşu qızını da sevirdi və bu ilk məhəbbətə də çoxlu şerlər həsr etmişdi. Onun bəzi dostları da elə saf qəlblə sevməyi Nizamidən öyrənmişdi...
 Sonra 1978-ci ildə orta məktəbi qurtarıb Bakıya gələndə onun əhatə dairəsi daha da genişləndi. Elə insanların əhatəsinə düşdü ki, bir andaca respublikanın sayılıb-seçilən insanları ilə tanış olmaq imkanı qazandı. O, bir çox belə yüksəkranqlı şəxslərin və dostların   da təsiri ilə ədəbiyyatçı yox, hüquqşünas olacağı  barədə qərar verdi. Həmin  vaxt Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmaq üçün mütləq ordu sıralarında xidmət etmək və əmək stajına malik olmaq tələb olunurdu. Buna görə də o, ali məktəbə qəbuldan öncə ordu sıralarına getdi. İki il orduda xidmət etdikdən sonra yenidən Bakı şəhərinə qayıdıb əvvəlcə işə düzəldi, sonra isə sənədlərini Azərbaycan (Bakı) Dövlət Universitetinin Hüquq fakültəsinə verdi və yüksək qiymətlər alaraq oraya qəbul olundu. Universitetdə oxuya -oxuya Azərbaycan Respublikasının Ali Məhkəməsində işə düzəldi.
Uşaqlıq dövründən bir-birini sevdiyi Cəvahir xanım Cəfərova ilə ailə qurdu. Toy eləyib onu özü ilə Bakıya gətirdi.
Sonradan isə o zamanlar respublikamızda böyük nüfuza malik olan Respublika Aqrar Bankın Hüquq şöbəsinin müdiri vəzifəsinə, qısa müddətdən sonra Aqrar Bankın Bakı Şəhər Əməliyyat İdarəsinin rəisi, sonradan Qaradağ rayon filialının müdiri vəzifələrində çalışdı. Lakin sonralar Aqrar Bankın ləğv olunması ilə əlaqədar Maliyyə Nazirliyi sistemində  Qaradağ rayon Maliyyə İdarəsinin rəisi vəzifəsi kimi işə başladı. Orada xeyli müddət işlədi və sonra Maliyyə Nazirliyində baş müfəttiş vəzifəsinə təyin olundu. Artıq Nizami İbrahimli uzun müddətdir ki, həmin nazirlikdə mühüm vəzifədə çalışır və səmərəli maliyyə müfəttişi kimi nazirliyin vacib  əhəmiyyətli vəzifələrinin icrasında var gücü ilə iştirak edir.
 Məhz buna görə onun əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 25 iyun tarixli 580 nömrəli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı iıə təltif edilmişdir.
 Nizami İbrahimli respublikamızın bank-maliyyə sistemini dərindən bilən, bu sahədə çalışan insanları yaxından tanıyan, bu sahəni sevən və ömrünü bu sahəyə həsr etmiş peşəkar kadrlardan biridir. O, qəlbən şair təbiətli, ixtisasca hüquqşünas, peşə baxımından isə maliyyəçidir. Bu üç istiqamət üzrə bilikləri özündə cəmləşdirən bir yetgin şəxsiyyətdir.
 Nizami İbrahimıinin Məhsəti və Günəş adlı iki qızı, Təbriz adlı bir oğlu, 4 nəvəsi var. Artıq ömrün 60 yaşına çatsa da, baba olsa da  heç kəs ona qırxdan artıq yaş verməz. 40 yaşın enerjisi, həmin yaşın həvəsi və ilhamı Nizami İbrahimlinin qəlbinə hakim kəsilib. O daim öz üzərində çalışır, çoxlu mütaliə edir, respublikamızın ictimai-siyasi həyatında baş verən prosesləri izləyir, bir vətəndaş və peşəkar mütəxəsis olaraq hər bir məsələyə öz münasibətini bildirir.
 Nizami İbrahimli həmişə ictimai-siyasi tədbirlərdə fəal dövlətçilik mövqeyindən yanaşmaqla məsələlərə öz münasibətini bildirmişdir. Bu günlər, 60 illik yubileyi ərəfəsində onu yaşamağa qururlandıran və daha da ruhlandıran təbii ki 30 il həsrətində olduğumuz işğal altında olan Dağlıq Qarabağ torpaqlarının azad edilməsi oldu. Bu möhtəşəm Zəfər və Qələbə bayramı Nizami İbrahimovun 60 illik yubileyinə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqının və Şanlı Ordumuzun qazandığı möhtəşəm Zəfər və bu gün qeyd etdiyimiz qələbə bayramı onun 60 illik yubileyini yadda qalan etdi.. Bu vaxta kimi mənalı ömür yaşayan  Nizami müəllimi  bundan sonra daha qürurlu və şanlı, xöşbəxt bir həyat gözləyir. Biz hamımız ona can sağlığı, xöşbəxtlik və uzun ömür arzulayırıq.
Hörmətlə, Qafar Əliyev, Məhəmməd Həsənov, Vüqar Ağayev, Sadiq Yusifov, Oktay Bayramov, Məhəmməd İbrahimov, Nadir Məmmədov, Bilman Allahverdiyev, Məhəmməd Rəsulov, Natiq Piriyev və digər yaxın dostlar.Qələbə ruhlu YUBİLYAR

 Qələbə ruhlu YUBİLYAR

Qələbə ruhlu YUBİLYAR

 

Qələbə ruhlu YUBİLYAR

 

Qələbə ruhlu YUBİLYAR

 

Qələbə ruhlu YUBİLYAR

 

Qələbə ruhlu YUBİLYAR

 

Qələbə ruhlu YUBİLYAR

 

Qələbə ruhlu YUBİLYAR

 

Qələbə ruhlu YUBİLYAR

 

Qələbə ruhlu YUBİLYAR

 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ