SON DƏQİQƏ

Kəlbəcərə komendant təyin edildi

Tarix:

2-12-2020, 12:12

/ 6 037 dəfə oxundu.
Kəlbəcərə komendant təyin edildi

Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında" fərmanına uyğun olaraq müvafiq tədbirlər həyata keçirilməkdədir. 

Bunu Report-a açıqlamasında Milli Məclisə 123 saylı Kəlbəcər seçki dairəsindən deputat seçilmiş Aqil Məmmədov deyib.

O bildirib ki, bu gün səhər saatlarından etibarən Kəlbəcər rayon Polis Şöbəsi işğaldan azad edilmiş Kəlbəcər şəhərinin mərkəzinə yerləşdirilib:

"Daxili işlər nazirinin müvafiq əmri ilə Kəlbəcər rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenant Haqverdi Əkbərov komendant təyin edilib”.

скачать dle 12.1

Şərhlər