SON DƏQİQƏ

Kəlbəcər İH-də nə baş verir? – Açıqlama

Tarix:

25-11-2020, 17:10

/ 4 966 dəfə oxundu.
Kəlbəcər İH-də nə baş verir? – Açıqlama

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısının müavini İkram Salmanov və başçının köməkçisi Əbülfəz Mehdiyev uzun müddətdir ki, vəzifədən azad edilib.

Bu barədə Kəlbəcər rayon İcra Hakimiyyətindən başçı Azər Qocayevin bu gün sözügedən şəxsləri vəzifədən azad etməsi barədə mətbuatda yayılan xəbərlərlə bağlı bildirilib.

"Başçının sabiq köməkçisi Əbülfəz Mehdiyev 2 ay əvvəl vəzifədən azad edilib. Keçmiş müavin İkram Salmanov isə Azər Qocayev təyin olunan zaman 65 yaş həddi tamam olduğu üçün öz ərizəsi ilə işdən çıxıb. Onu icra başçısı vəzifədən azad etməyib. Hər iki vəzifəyə isə hələlik təyinat olmayıb”, - İH-dən deyilib.

Qeyd edək ki, mətbuatda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayevin bu gün müavinini və köməkçisini işdən çıxarması barədə məlumat yayılıb.

скачать dle 12.1

Şərhlər