SON DƏQİQƏ

BQXK Ermənistandakı əsirlərimizə baş çəkib

Tarix:

23-11-2020, 13:36

/ 5 889 dəfə oxundu.
BQXK Ermənistandakı əsirlərimizə baş çəkib

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) münaqişə tərəfləri ilə daim əlaqədədir və dialoq aparır.

Bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlahə Hüseynova Report-a açıqlamasında deyib.

"Qurumun mandatına uyğun olaraq, münaqişə nəticəsində saxlanılan şəxslərə başçəkmə həyata keçirilir”, - deyə o əlavə edib.

Xatırladaq ki, əsir götürülən iki azərbaycanlı əsgərin ( Amin Musayev və Bayram Kərimov) döyüşlərdən sonra ukraynalı jurnalist Aleksandr Xarçenko və erməni əsgərlər tərəfindən ilkin tibbi yardım göstərildiyini əks etdirən videolar yayılıb. Bunun ardınca isə onlardan birinə maşının içərisində zorakı davranıldığını göstərən video da yayılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ