SON DƏQİQƏ

Bakı Metropolitenində yeni təyinat

Tarix:

13-11-2020, 11:17

/ 3 694 dəfə oxundu.
Bakı Metropolitenində yeni təyinat

Bakı Metropoliteni QSC-nin hüquq idarəsinə yeni rəis təyin edilib.

Qurumun sədri Zaur Hüseynovun əmri ilə bu vəzifə Babək İsmayılova həvalə olunub.

O, indiyə qədər həmin idarədə hüquqşünas kimi çalışıb.

"Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov xəbəri təsdiq edib.

Xatırladaq ki, bu ilin sentyabr ayında hüquq idarəsinin keçmiş rəisi Adil Atakişiyev 2014-cü ildən tutduğu bu vəzifədən azad edilib və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri təyin edilib.


скачать dle 12.1

Şərhlər