SON DƏQİQƏ
» » UTGDİB imkansız, şəhid ailələrinə dəstək oldu

UTGDİB imkansız, şəhid ailələrinə dəstək oldu

Tarix:

11-11-2020, 12:51

/ 3 670 dəfə oxundu.
UTGDİB imkansız, şəhid ailələrinə dəstək oldu

Azərbaycan Respublikası "Uşaq və Tələbə Gənclər Dünyası” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə "Pandemiya dövründə aztəminatlı ailələrə yardımların təşkili”layihəsini həyata keçirtdi.

Bütün dünyanı lərzəyə salan, dünya iqtisadiyyatını çökdürən, insanların kütləvi ölümünə səbəb olan, insanların ağ ciyərlərini tamamilə sıradan çıxaran koronavirus (COVID-19) bizim də iqtisadiyyatdan yan keçməyib. Xəstəlik səbəbindən bir çox iş yerləri fəaliyyətini dayandırıb, insanlar çıxılmaz vəziyyətə düşüblər. Hər gün minlərlə insan öldürücü virusa yoluxur, yüzlərlə xəstə həyatını itirir.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası bunları nəzərə alaraq layihələrin əksəriyyətin imkansız, şəhid, yetim, qaçqın, işsizlərə yardım etmək üçün layihələrin bir çoxunu əhaliyə ərzaq yardımı göstərməyə ayırıb. Belə ki, UTGDİB bu sahədə əvvəldən də işlədiyinə görə "Araz”marketlər şəbəkəsi ilə müqavilə bağlayaraq, 20, 30 və 50AZN dəyərində kuponlar hazır etdi. Bir neçə gün ərzində 89 aztəminatlı ailəyə kuponlar paylanılıb. Əlavə olaraq spirt, tibbi əlcək, bint və tibbi maska və COVID-19 haqqında maarifləndirici bukleti hər şəxsə hədiyyə edildi.

Qeyd edək ki, layihənin rəhbəri Bəxtimşah Tağıyevadır.

Mərdan DOLĞUN

 

UTGDİB imkansız, şəhid ailələrinə dəstək oldu

 


 

 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ