SON DƏQİQƏ
» » QHT ənənəvi İslam dəyərlərini təbliğ edəcək

QHT ənənəvi İslam dəyərlərini təbliğ edəcək

Tarix:

18-08-2017, 14:05

/ 3 717 dəfə oxundu.
QHT ənənəvi İslam dəyərlərini təbliğ edəcək

QHT ənənəvi İslam dəyərlərini təbliğ edəcək
Anfisa Zinyəddin: "Gənclərin radikal dini qruplara meyl etməsinin qarşısını almaq üçün maarifləndirmə məqsədli televiziya verilişləri təşkil olunacaq”
"İctimaiyyətlə Əlaqələrin İnkişafı” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi "Gənclərin radikal dini qruplara qoşulmaması üçün ənənəvi İslam dəyərlərinin televiziya vasitəsilə təbliği" lahiyəsinin icrasına başlayıb. Layihəyə "Dünya Müstəqil Teleradio Şirkətin”də, "İctimayyətlə Əlaqələrin İnkişafi " İctimai Birliyinin təşkilatçılığı ilə yayımlanan "Fərqli" verlişi çərçivəsində start verilib. Bu barədə məlumatı cebhe.info-ya ictimai birliyin sədri Anfisa Zinyəddin verib. Onun sözlərinə görə, 3 ay müddətində icra olunacaq layihənin həyata keçirilməsində məqsəd gənclərin radikal dini qruplara meyllənməsinin qarışısını almaq, onları maarifləndirməkdir: "Bakıda və eləcə də bölgələrdə gənclərin radikal dini qruplara meyl etməsinin qarşısını almaq üçün maarifləndirmə məqsədli televiziya verilişləri təşkil olunacaq. Gənclər radikal dini qrupların zərərli təsirləri haqqında məlumatlandırılacaq, problemin aradan qaldırılmasının yolları müzakirə olunacaq”.
Azərbaycan Respublikasının bütün dünyada demokratik, hüquqi və dünyəvi dövlət kimi tanındığını diqqətə çatdıran A.Zinyəddin deyib ki, ölkədə bir çox millətlərin və dini icmaların dinc yanaşı yaşaması bunun bariz nümunəsidir: "Ancaq müstəqillik qazanandan sonra Azərbaycana müxtəlif dini ideologiyalara aid təriqətlər, cərəyanlar sirayət etməyə başladı. Bu cərəyanların təmsilçiləri insanların saf dini duyğularından istifadə edib, öz məkrli məqsədlərini həyata keçirməyə başladılar, din adından çıxış edib cəmiyyətdə dözümsüzlüyü, fanatizmi yaydılar, nəticədə hətta bir-birini təkzib edən radikal qruplara çevrildilər. Təəssüf ki, belə qruplar öz məkirli planlarını, ideyalarının həyata kecirmək ücün hədəf kimi gəncləri seçilir. Bu ideyalar xalqımıza, cəmiyyətimizə xas olmasa da, gənclərimizin onların təsirinə düşməsi faktları da var. Xalqımızın yüzillər boyu yaşatdığı tolerantlıq ənənələrinə xələl gətirilməməsi üçün dövlət orqanları ilə yanaşı, cəmiyyətimizin də, həmçinin medianın öz imkanlarından istifadə edərək mübarizə aparması vacibdir. Radikallıqla mübarizənin ən effektiv yolu profilaktika olduğu üçün medianın öz maarifçi rolundan yararlanması, zənnimizcə, böyük fayda verə bilər. Bütün bunları nəzərə alaraq, bu problemin həll olunmasına müəyyən qədər yardımçı ola biləcək layihələrin keçirilməsini vacib hesab edirəm”.

 

QHT ənənəvi İslam dəyərlərini təbliğ edəcək

 

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər