Bu gün də cəbhənin bütün istiqamətlərində Azərbaycan Silahlı Qüvvələri Ermənistan silahlı qüvvələrinin hücum və təxribatlarının qarşısını almaqdadır.
Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin rəhbəri Hikmət Hacıyev deyib.
O bildirib ki, beynəlxalq ictimaiyyət Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü tanıyır.
Onun sözlərinə görə, Prezident İlham Əliyev beynəlxalq media qurumlarına verdiyi 20-dən artıq müsahibədə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırıb:
"Ermənistanın siyasi rəhbərliyi isə Azərbaycan Prezidentinin müsahibələrini imitasiya etməyə çalışır. Bəzən müsahibələrdə provokativ suallara da rast gəlinir. Amma Azərbaycan Prezidenti bu sualları yerində və lazımi şəkildə cavablandırır".