SON DƏQİQƏ
» » Əsgərlərimizin tətik çəkən əllərinə qurban olum - Aksu

Əsgərlərimizin tətik çəkən əllərinə qurban olum - Aksu

Tarix:

3-11-2020, 14:41

/ 6 653 dəfə oxundu.
Əsgərlərimizin tətik çəkən əllərinə qurban olum - Aksu

Türkiyədə yaşayan Azərbaycan əsilli iş adamı Hakan Aksu Azərbaycan əsgərinə sovqat hazırlayıb.

GunAz.az xəbər verir ki, o bu barədə Musavat.com-a özü məlumat verib.

"Canımız Azərbaycana fəda. 1-ci Qarabağ savaşında canımızla-malımızla ölkəmizin yanında olduq. İndi də əlimizdən gələn qədər dəstək veririk və verəcəyik! Azərbaycan Əsgərinin tətik çəkən əllərinə qurban olaram. O əllər, o qəhrəman bədən üşüməsin, hələ qarşıda savaş var deyə, mən də 2000 əsgərimiz üçün dəst halında isti geyimlər, jiletlər, digər lazımı əşyalar hazırlatdım. Bütün bunlar Azərbaycan Ordusuna təqdim ediləcək! Yaşasın Azərbaycan, var olsun Azərbaycan-Türkiyə qardaşlığı. Böyük liderlərimiz Tayyib Ərdoğan və İlham Əliyevə dualarımı və minnətdarlığımı göndərirəm!” – deyə o bildirib.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ