SON DƏQİQƏ

Deputat da “MakDonalds”ı boykot etdi

Tarix:

29-10-2020, 16:14

/ 4 679 dəfə oxundu.
Deputat da “MakDonalds”ı boykot etdi

Uzun illərdir Azərbaycanda fəaliyyət göstərən "MakDonalds” şəbəkəsi milyonlarla pul qazanmaqdadır.

Bu sözləri Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı deyib.

"MakDonalds”ın Azərbaycandakı filialının İnstaqram səhifəsində Qarabağ müharibəsi mövzusunda paylaşmaların silinməsi haqlı olaraq sosial seqmentdə etirazla qarşılanıb və boykot kampaniyasına start verilib.

Dəyərli soydaşlarımın bu təşəbbüsünə qoşulur və bütün dostlarımı​ həmin təşəbbüsü​ müdafiə etməyə səsləyirəm”, - deputat bildirib.

Qeyd edək ki, "MakDonalds”ın Azərbaycandakı filialının İnstaqram səhifəsində ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən paylaşım edilib. Sonradan ermənilər "MakDonalds”ın mərkəzi ofisinə bu barədə şikayət ediblər. Nəticədə şirkət Azərbaycan filialına həmin paylaşımı silməsi haqda göstəriş verib və göstəriş icra edilib.

скачать dle 12.1

Şərhlər