SON DƏQİQƏ

Düşmənin bir gündə 6 PUA-sı məhv edildi

Tarix:

21-10-2020, 19:14

/ 3 586 dəfə oxundu.
Düşmənin bir gündə 6 PUA-sı məhv edildi

Ötən müddət ərzində cəbhənin Ağdərə, Füzuli-Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib.

Bunu Müdafiə Nazirliyinin Mətbuat xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

Onun sözlərinə görə, düşən xeyli itkilər verərək geri çəkilməyə məcbur edilib: "Çoxlu sayda silah və sursat bölmələrimiz tərəfindən ələ keçirilib. Düşmənin 6 ədəd PUA-sı məhv edilib. Azərbaycan Ordusunun üstünlüyü barədə düşmənin etiraflarını Ali Baş Komandanımız bundan əvvəl vurğulayıb”, - Eyvazov bildirib.

Qeyd edək ki, bu gün Azərbaycan Müdafiə Nazirliyi oktyabrın 21-i saat 12:55-dən 13:30-dək Ermənistan silahlı qüvvələrinə məxsus daha 3 taktiki pilotsuz uçuş aparatının (PUA) Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunaraq məhv edildiyini bildirmişdi.

скачать dle 12.1

Şərhlər