SON DƏQİQƏ
» » Dövlət mənəm - Ali Baş Komandan İlham Əliyevə ithaf olunur - Yunus Oğuz

Dövlət mənəm - Ali Baş Komandan İlham Əliyevə ithaf olunur - Yunus Oğuz

Tarix:

16-10-2020, 08:56

/ 4 474 dəfə oxundu.
Dövlət mənəm - Ali Baş Komandan İlham Əliyevə ithaf olunur - Yunus Oğuz

Ali Baş Komandan İlham Əliyevə ithaf edirəm

Torpağımçün savaşaram

Addım-addım,

Əli yalın olsam belə

Gözlərimi silah edib

vuruşaram

Dövlət mənəm!

Uçağınla bu dünyanı

Qarış-qarış

dolaşaram

Dövlət mənəm!

Ağrıların çəkənəm

Torpağını əkənəm

Daş-divarın tikənəm

Dövlət mənəm

Yad torpaqda bir qarış da gözüm yox

Bu torpağa düşmən ayaq basacaqsa

Silahım var,

Sözüm yox...

Haqsız-haqsız

Üzərimə yeriyənə

Dözüm yox

Dövlət mənəm!

Nə gözəl- Dövlət olmaq

Haqqı-ədalət olmaq

Dövlət mənəm!

Dövlət sənsən!  

Dövlət bizik! 

Yunus Oğuz 


скачать dle 12.1

Şərhlər